Lütfən, EurovisionTalents.com-da qeydiyyatdan keçin | İstək siyahısına əlavə et
Norwegian Icelandic Danish Estonian Latvian Bulgarian Greek Slovenian Polish Spanish German French Russian Azerbaijani English
 
 
Azərbaycanı “Eurovision-2010”-da təmsil edəcək

safura_bio_big_idpage

Onun yalnız 17 yaşı var, ancaq onun məqsədə çatmaq arzusu və mətanəti boldur. Azərbaycanı Oslo şəhərində keçiriləcək “Eurovision-2010” Avropanın başlıca mahnı müsabiqəsində təmsil edəcək milli seçimdə qalib gələn gənc Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə anadan olmuşdur. Səfurənin ailəsi üçün yaradıcılıq həməşə öncə yerdə olmuş – atası rəssam, anası isə pianoçu və modelçidir. Valideyinlərinə görə Səfurə uşaqlıqdan fashion mövzusu ilə maraqlanmış və anası ilə birlikdə yaratdığı ilk səhnə kostyumlarını yardarkən müstəsna dizayner istedadını nümayiş etdirmişdir.

 

Buna baxmayaraq onun əsas istedadı musiqi ilə bağlıdır və həyatının başlıca həvəsi vokaladır. Səfurə xanım üç yaşında oxumağa başlamış, 6 yaşa çataraq ilk dəfə səhnəyə çıxmış və həmin vaxtdan daima olaraq cürbəcür müsabiqələrdə iştirak edir. Misal üçün, Səfurə dünyada məhşur Pop İdol şousunun Azərbaycanda analoqu olan “Yeni Ulduz” müsabiqəsinin qalibidir. Bu gözəl qız Azərbaycanın əsl seks-simvoludur – arxayın, stilli, istedadlı və alovlu Səfurə xanım Odlar Yurdunun ideal təmsilçisidir.

 

Səfurə Əlizadə skripka üzrə musiqi məktəbini bitirmiş, lakin həməşə saksofonda da çalmağı öyrənmək istəyirdi və bu arzusunu da yerinə yetirmişdir - Azərbaycanın şou-biznesində yeganə xanımdır ki, belə mürəkkəb alətdə çala bilir! Yaxınlarda öz ustalığını “Eurovision-2010” müsabiqəsində bütün Avropaya nümayiş etdirəcək.

 

“Eurovision-2010”-da iştirak etmək xəyalı doğrulmuşdur. Bu indi onun əsas həyat məqsədidir. Səfurə uşaqlıqdan bütün məqsədlərinə çatır və indi də dayanmayacaq. Qarşısında Avropanın əsas səhnəsi durur və Azərbaycanın istedalı müğənnisini çox vacib bir hadisə gözləyir.

 

Səfurə ağır işləyir və hər gün yeni bir şey öyrənir. Oxuyur və rəqs edir, dərs alır və yardır, xəyal edir və ümid bəsləyirki, onun səsini eşidəcəklər. Dərs və repetisiyalardan azad vaxtlarda Səfurə xanım fashion dünyasındaki xəbərlərlə maraqlanır. Onun ən sevimli dizaynerləri Domeniko Dolçe, Stefano Gabbano, Jan Pol Qotye, Mark Ceykobsdur.

 

Səfurə məhşur “Toran” saqasının pərəstişksarıdır. Stefani Mayerin demək olar ki bütün əsərlərini oxuyub. Səfurə xanım hər gün bu müasir Romeo və Jülyetta əfsanəsinin çəkiliş meydançasından xəbərləri izləyir və ən sevimli aktyoru, “Toran” saqasında vampir Edvard rolunu ifa edən Hollivudun yeni ulduzu Robert Pattinsonun həyatı ilə maraqlanır. Öz mahnılarını ona həsr edirmi?

 

Pattinson Azərbaycana gəlib çıxmadıqdan Səfurə özünü bütövlüklə “Eurovision-2010” müsabiqəsinə hazırlığa həsr edir və onun üçün indi əsas məsələ ifa edəcək mahniya aşiq olmaqdadır. Məhz belə dərin gənc duyğuları ilə Avropanın millionlarla tamaşaçılarla şərik olmağa hazırdır.

 

 
ask me a question

Mənə
sual verin

win a prize

Priz
UDUN

drop me a line

Mən bir kəlmə
YAZİN

 

Kalendar
May 2010
Mon Tue Wed Thu Fri Sat Sun
          2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

VIDEO