|
30 May 2010

Axırıncı dəqiqəyə qədər bir neçə güclü favoritlər mübarizə aparan müsabiqədə Səfurə yüksək səviyyədə çıxış edib hörmətli 5-ci yer qazanmışdır. Eurovision müsabiqəsində yalnız üçüncü dəfə çıxış edən Azərbaycan üçün Səfurə göstərdiyi nəticə Eurovision Mahnı Müsabiqəsində TOP 10 ölkələr sırasına daxil olma dürüst tendensiyanın davamıdır.
|
|
|
29 May 2010

Finala bir neçə saat qalıb və ümid bəsləyirəm ki, hər şey yaxşı keçəcək. Lakin, bunu da demək istərdim ki, sizin dəstəyinz olmasaydı heç nə olmazdı. Və hamınıza yazdığınız bir kəlmə söz və məktublar, ürək-dirək sözləri, möhkəm inamıniza görə təşəkkür edirəm. Məni ruhlandirıb qanad verən sizsiniz və sizsiz bu axşam səhnədə olmazdım. Ümidvaram ki, Böyük Finalda da məni dəstəkləyəcəksiniz! Bir nömrə altında çıxış edəcəm. Çox asandır, yadınızdan çıxmasınJ Hamınızı sevirəm və ürəkdən minnətdaram!
|
|
29 May 2010

Ötəna axşam, mayın 28-də Eurovision-2009 müsabiqəsinin qalibi Aleksandr Rıbak Səfurənin qrim otağına gəlmişdir ki, ona bu ilki müsabiqənin Finalında müvəffəqiyyətlər arzulasın. Aleksandr və Səfurə bir birini Azərbaycandaki milli seçimindən tanıyırlar. “İmkanlarını tam şəkildə sərf etməlisən. Qəşəng səsin var, səhnə tamaşası da çox gözəldir. Repetisiyanı görmüşəm və “drip Drop” mahnısı da çox xoşuma gəlir. Diqqətli ol və hər şey əla olacaq”, - dedi Rıbak. Yeri gəlmişkən, Səfurə və Rıbak tək səhnə arxasında yox, həmçinin səhnədə də bir yerdə olacaqlar – Səfurə Finalda dərhal ötən ilin qalibindən sonar səhnəyə çıxacaq. 1-ci nömrəyə səs verməyə hazırsınızmı? Aleksandr Rıbak hazırdır, siz də olun!
|
|
29 May 2010

Bu Eurovison günlərində Osloda hansı mahnılar səslənəni dinləyib baxmaq istəyirsiniz? Oslo “Drip Drop” mahnısını oxuyur! Cavanlar, qocalar, norvecli və ruslar, burada hamı Səfurənin mahnısını bilir. İnanmırsınız? Bu səhifəni açın və özünüz yoxlayın!
|
|
29 May 2010

Mayın 28-də uğurlu ikinci yarımfinaldan sonra Odlar Yurdu ən böyük bayramlarından biri – Respublika Günü bayramını qeyd etmişdir. Təbii ki, Səfurə belə hadəsıni buraxa bilməzdi. Eurovision Qəsəbəsinə gəlib bayram mərasimi iştirakçıları üçün “Drip Drop” mahnısını ifa etmişdir. Tamaşaçılar Səfurənin gözəl səsi, onun enerjisi və ehtirası ilə heyran qalmışdılar. Ondan sonra ötən il Eurovision müsabiqəsində Azərbaycanı tımsil edən AySel səhnəyə çıxıb qəşəng bir şou nümayiş etdirdi. Yeri gəlmişkən, o Osloya Səfurəni dəstəkləmək üçün gəlib. “Səfurənin böyük potensialı var. Səhnədə özünü qəşəng saxlayır. Səmimi qəlbdən ona üğürlar arzulayıram”, - dedi AySel. Eurovision Qəsəbəsində çıxış edib Səfurə sabahkı Finala repetisiyanı davam etdirmək üçün Telenor Arenaya getmişdir.
|
|
28 мая 2010

Bu gün Eurovision-2010 müsabiqəsinin Final repetisiyaları başlanmışdır. Səfurə bəxti bir nömrə altında birinci səhnəyə çıxmışdır. “Drip Drop” mahnısı ilə misilsiz şou insanı hyran edir. İkinci repetisiya bu gün axşama təyin edilib. Eksklyuziv fotoşəkil qalereyamıza baş çəkin və yenilikləri axtarın.
|
|
28 May 2010

Eurovision-2010 Mahnı Müsabiqəsinin Finalını açmaq Səfurənin ilk Eurovision səyahətində sonuncu və ola bilsin ki, ən böyük sinağıdır, lakin eyni zaman böyük sevincidir. Püşk atmanın nəticəsində Azərbaycan təmsilçisi mayın 29-da keçiriləcək Böyük Axşamda birinci çıxış edəcək. Birinci nömrə Eurovision iştirakçılarının əksəriyyəti tərəfindən ən arzu edilən, eyni zaman isə ən qorxulan nömrədir.
|
|
|
|
|
Page 1 of 13 |